Kərim toyda dalaşdığı şəxslərlə barışdı

saytların hazırlanması

Evə çatdırılma

Kərim toyda dalaşdığı şəxslərlə barışdı

Şou

09 Yanvar 2025 21:59 550


Müğənni Kərim Abasov ötən ilin sentyabrında iştirak etdiyi məclislərin birində fonoqram oxuduğu üçün dalaşdığı şəxslərlə barışıb.

Yenisabah.az Axasam.az-a istinadən xəbər verir ki, bu barədə ifaçı "Rəngarəng" verilişində danışıb.

"O söhbət bağlandı, barışıq oldu. Gəldilər və danışdıq, razılıq əldə olundu. Elə kəlimələr var ki, onlar mənə yaraşmır. Dava ola bilər, bir nəfərə təpik, birinə də yumruq dəyə bilər. Amma döyülmək məsələsi olmayıb və ola da bilməz" deyə, sənətçi bildirib. Dördpendirli pizza

Qeyd edək ki, Kərim ötən il verilişlərin birində həmin şəxsləri bağışlamağa hazır olduğunu bildirmişdi. O, bunun səbəbini isə belə izah etmişdi: "Baxmayaraq ki, toyda istifadə etdiyim qulaq cihazı və səs aparatım qırılıb, paltarlarım cırılıb, barmağım sınıb, amma onların həbs olunmasını istəmirəm. Çünki hərəsinə bir cəza verəcəklər, onların balalarının gözünü yolda qoymaq istəmirəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!