Kərim Vəliyev anons etdi: “Sentyabrda...”

saytların hazırlanması

Evə çatdırılma

Kərim Vəliyev anons etdi: “Sentyabrda...”

Siyasət

29 Avqust 2025 20:32 54953


"Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Azərbaycan Ordusunun Türk Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması istiqamətində xeyli işlər görülüb və bu proses bu gün də uğurla davam etdirilir".

Yenisabah.az xəbər verir ki, bunu Türkiyənin Zəfər Bayramına həsr edilən mərasimdə Azərbaycan müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev deyib.

General qeyd edib ki, orduda həyata keçirilən hərbi islahatlar qoşunların imkanlarını əhəmiyyətli dərəcədə artırıb və döyüş qabiliyyətini yüksək səviyyəyə çatdırıb: Dördpendirli pizza

"Baş Qərargahlar səviyyəsində mütəxəssislərin iştirakı ilə planlı işçi görüşlər keçirilir və intensiv danışıqlar aparılır. Bu il ərzində Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr və Milli Müdafiə Universitetlərinin nümayəndələrinin cəlb olunması ilə quruda, havada və dənizdə müxtəlif səviyyəli birgə təlimlər keçirilib. Cari il ərzində ümumilikdə 30-dək hərbi təlim həyata keçiriləcək. Eyni zamanda, 70-dən artıq konfrans, seminar, kurs və məşq təşkil olunub. İlin sonunadək tədbirlərin sayının artırılması və miqyasının genişləndirilməsi planlaşdırılır. Bundan əlavə, Azərbaycan və Türkiyə orduları, eləcə də dost ölkələrin hərbi qulluqçularının iştirakı ilə keçirilən təlimlərə də xüsusi diqqət yetirilir".

General-polkovnik Kərim Vəliyev əlavə edib ki, sentyabr ayında Azərbaycanda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Pakistan və Qətərin xüsusi təyinatlılarının iştirakı ilə "Sonsuz Qardaşlıq" çoxmillətli təlimi keçiriləcək:

"Əminliklə bildirirəm ki, iki qardaş ölkənin müdafiə sahəsində əldə etdiyi nailiyyətlər hərbi birliyimizi daha da möhkəmləndirir və regionda əmin-amanlığın, sabitliyin qorunmasına böyük töhfə verir"./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Ruslan
    Şekildə, çox hörmətli Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, general-leytenant rütbəsindədi, xahiş edirəm, şəkili yeniliyin
    9 months ago
  • Samit
    Uğurlar. ALLAH ordumuzu,zabit,gizir,çavuş və əsgərlərimizi qorusun.
    9 months ago
  • Samit
    Uğurlar. ALLAH ordumuzu,zabit,gizir,çavuş və əsgərlərimizi qorusun.
    9 months ago
  • Samit
    Uğurlar. ALLAH ordumuzu,zabit,gizir,çavuş və əsgərlərimizi qorusun.
    9 months ago
  • Nurlan
    Xəbər başlığında olan Sentyabr sözü harda idi tapa bilmədim.
    9 months ago