Kəşfiyyat rəhbərlərinin gizli görüşü 

saytların hazırlanması

Evə çatdırılma

Kəşfiyyat rəhbərlərinin gizli görüşü 

Dünya

05 May 2021 10:25 807


Səudiyyə Ərəbistanı kəşfiyyat xidmətinin rəhbəri 10 illik fasilədən sonra ilk dəfə Suriyaya yollanıb.

Yenisabah.az “Guardian”a istinadla xəbər verir ki, Suriya paytaxtında keçirilən gizli görüşdə iki ölkənin məxfi xidmət başçıları münasibətlərin normallaşması üçün müvafiq addımları müzakirə ediblər.

Səudiyyə nümayəndə heyətinə Baş Kəşfiyyat İdarəsinin rəhbəri general Xalid Hüməydən rəhbərlik edib. Onun həmsöhbəti suriyalı general Əli Məmlük olub. pizza

Adının çəkilməsini istəməyən bir səudiyyəli rəsmi Fitr bayramında diplomatik əlaqələrin bərpasına ümidvar olduğunu bildirib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!