Keşiş Paşinyanı devirmək üçün hərəkətə keçdi

saytların hazırlanması

Evə çatdırılma

Keşiş Paşinyanı devirmək üçün hərəkətə keçdi

Dünya

28 Sentyabr 2024 12:33 390


Ermənistandakı etiraz hərəkatının lideri keşiş Baqrat Qalstanyan hamını oktyabrın 2-də başlayacaq “Qələbə və ümid” adlı mübarizə mərhələsinə qoşulmağa çağırıb. 

Yenisabah.az xəbər verir ki, Baqrat Qalstanyan bu aksiyanı “müqəddəs hərəkat”  adlandırıb. 

Erməni keşiş hər kəsi ruh, iman və dua ilə silahlanmağa və Ermənistanın qələbəsinə hazırlaşmağa çağırıb. Dominos pizza

“Uca Rəbbimiz yolumuzu ədalətə və zəfərlərə çatdırsın” - deyə o bildirib.

Keşiş Baqrat Qalstanyanın məqsədi baş nazir Nikol Paşinyanın hökumətini devirməkdir. Bu işdə ona eks-prezidentlər Robert Köçəryan, Serj Sarkisyan və erməni kilsəsi də gizli dəstək verirlər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!