"Keşlə" heyətini yeni futbolçu ilə gücləndirib.
Yenisabah.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi malili yarımmüdafiəçi Sadio Tounkaranı transfer edib.
29 yaşlı oyunçu ilə rəsmi müqavilə imzalanıb. O, cari mövsümün sonunadək "Keşlə"nin formasını geyinəcək. Toyuqlu pizza
Qeyd edək ki, daha əvvəl Azərbaycanda "Xəzər Lənkəran", AZAL, "Zirə" klublarında çıxış etmiş Sadio Tounkara Kiprdə "EN Paralimniou" və Estoniyada "Narva Trans"ın şərəfini qoruyub.
Telegram kanalımız