"Keşlə" dairəsində dövrə vuran DYP avtomobili barədə araşdırmalara başlandı

saytların hazırlanması

Evə çatdırılma

"Keşlə" dairəsində dövrə vuran DYP avtomobili barədə araşdırmalara başlandı

Sosial

22 Fevral 2020 14:00 1050


Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) paytaxtın Nərimanov rayonu "Keşlə dairəsi" kimi tanınan ərazidə yol polisi ilə bağlı yayılan video barədə məlumat yayıb. "Yeni Sabah"ın məlumatına görə, İdarənin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Trend-ə bildirib ki, sosial şəbəkələrdə yayılan videogörüntülər araşdırılıb: "Məsələdən məlumatımız var. Videogörüntüdə yol polisinin hər hansı avtomobili saxlaması müşahidə olunmur, dislokasiya üzrə xidmət aparır. Buna baxmayaraq, BŞBPİ Dövlət Yol İdarəsində videogörüntülərdə iddia olunan hallarla bağlı müvafiq araşdırma aparılır". Xatırladaq ki, sosial şəbəkələrdə paytaxtın Nərimanov rayonu, Keşlə qəsəbəsi ərazisindəki dairədə YP 363 dövlət nömrə nişanlı yol patrul xidmətinin avtomobili bir-neçə dəfə dairə vurması barədə video yayılıb. Videonu çəkən şəxsin iddiasına görə, həmin avtomobil dairədə sürücüləri inzibati xəta törətməyə sövq edir.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!