“Keşlə”dən ayrılan futbolçu “Sumqayıt”da

saytların hazırlanması

Evə çatdırılma

“Keşlə”dən ayrılan futbolçu “Sumqayıt”da

İdman

18 Sentyabr 2020 15:30 938


“Sumqayıt”  Cavid İmamverdiyevi heyətinə qatıb.

Yenisabah.az xəbər verir ki, 2020/2021 mövsümü üçün transfer çalışmalarını davam etdirən Sumqayıt klubu növbəti futbolçunun keçidini reallaşdırıb. Belə ki, 2017/18 mövsümündə də komandanın şərəfini qorumuş yarımmüdafiəçi Cavid İmamverdiyevlə 1+1 illik müqavilə imzalanıb.

İmamverdiyev yeni klubunda “22” nömrəli formada çıxış edəcək. pizza mizza

Qeyd edək ki, futbolçu 2017/18 mövsümündə "Sumqayıt"ın uğurları üçün çalışıb. Həmin mövsümün bütün oyunlarında iştirak edən yarımmüdafiəçi (28 oyun, 2350 dəq.) 6 dəfə rəqib qapılarına yol tapmağa müvəffəq olub. 

Onu da bildirək ki, Cavid “Keşlə”, “Sabah”, “Neftçi”, “Karvan” və “Elazığspor” klublarında çıxış edib. İmamverdiyev U-21 (16 oyun, 3 qol) və A millimizin də (11 oyun, 1 qol) formasını geyinib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!