Kəşmir probleminin həllinə çalışacağıq - Tramp

saytların hazırlanması

Evə çatdırılma

Kəşmir probleminin həllinə çalışacağıq - Tramp

Dünya

11 May 2025 11:17 349


ABŞ Prezidenti Donald Tramp Pakistan və Hindistan arasındakı Kəşmir probleminin həllinə çalışacaq.

"Yeni Sabah" xəbər verir ki, Donald Tramp bu barədə “Truth Social”da paylaşımında bildirib.

ABŞ Prezidenti Pakistan və Hindistan rəhbərliyinin hazırkı qarşıdurmanı dayandırmağın vaxtı çatmasını anlayacaq müdrikliyə və iradəyə malik olması ilə qürur duyduğunu vurğulayıb: "Milyonlarla günahsız insan ölə bilərdi. Fəxr edirəm ki, ABŞ bu tarixi qərarın qəbulunda sizə kömək edə bildi”. Toyuqlu pizza

Hər iki ölkə ilə ABŞ arasında ticarətin genişlənməsini istədiyini nəzərə çatdıran Donald Tramp Kəşmir probleminin həlli üçün hər iki tərəflə çalışacağını qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!