Kevin Medina “Bazel”ə qarşı oynayacaq?

saytların hazırlanması

Evə çatdırılma

Kevin Medina “Bazel”ə qarşı oynayacaq?

İdman

08 Dekabr 2021 23:47 800


"Qarabağ"ın zədədən yenicə qayıtmış futbolçusu Kevin Medina İsveçrədə "Bazel"ə qarşı keçiriləcək UEFA Konfrans Liqasının qrup oyununda meydana çıxa bilər.

Yenisabah.az xəbər verir ki, bu barədə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov qarşılaşma öncəsi təşkil olunmuş mətbuat konfansında açıqlama verib.

49 yaşlı mütəxəssis kolumbiyalı müdafiəçinin bu gün komandaya qoşulacağını bildirib: "Məşq etdikdən sonra ümumi gedişata baxacağıq. Hazır olsa, oynamaq ehtimalı var. Amma hələ məndə də bu barədə dəqiq məlumat yoxdur". Pepperoni pizza

Qeyd edək ki, dekabrın 9-da gerçəkləşəcək "Bazel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Azərbaycan təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!