“Oskar” mükafatı laureatı Kevin Speysi “1242 – Qərbə yürüş” adlı tarixi dramda baş rola çəkiləcək.
Yenisabah.az "Deadline"a istinadla xəbər verir ki, 2017-ci il qalmaqalından və aktyorun təqib ittihamlarından sonra bu, Speysinin çəkildiyi ilk filmdir.
Filmin süjeti Çingiz xanın nəvəsi Batı xandan bəhs edir. O, XIII əsrin ortalarında Avropaya yürüş edib. 1242-ci ildə Macarıstana hücum zamanı xanordusu gözlənilməz müqavimətlə üzləşib. Dördpendirli pizza
Kevin Speysi filmdə italyan kardinalını canlandıracaq. Çəkilişlər oktyabrda başlayacaq. “Qərbə yürüş” filminin nümayişi mayın ortalarında Kann festivalında olacaq.
Telegram kanalımız