"Tottenhem"in futbolçusu Harri Keyn "Real"a keçməyə razılıq verib.
Yenisabah.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Məlumata görə, ingiltərəli oyunçu Madrid təmsilçisinin mərkəz hücumçusu mövqeyi üçün yeganə hədəfi olaraq qalır. Bu transferin "Real"a 80 milyon avroya başa gələ biləcəyi iddia olunur. Dominos pizza
Qeyd edək ki, Keyn 2022/23 mövsümündə klubu ilə bütün yarışlarda 49 oyunda 32 qol vurub və 5 qolun ötürməsini verib.
Telegram kanalımız