Kibercanilər üçün yeni cəza - 24 şallaq

saytların hazırlanması

Evə çatdırılma

Kibercanilər üçün yeni cəza - 24 şallaq

Dünya

06 Noyabr 2025 16:42 365


Sinqapur hakimiyyəti onlayn fırıldaqçılığın kəskin artması ilə mübarizə aparmaq üçün fiziki cəzaya müraciət etmək qərarına gəlib.

"Yeni Sabah" "The Washington Post"a (WP) istinadla xəbər verir ki, Sinqapur parlamenti cinayət qanunvericiliyinə düzəlişlər edərək kibercinayətkarlar üçün cəza kimi şallaqlanmanı təsdiqləyib.

Təkcə ilin birinci yarısında on minlərlə kibercinayətkarlıq halı qeydə alınıb və dəyən ziyan 385 milyon dollar təşkil edib. Toyuqlu pizza

Onlayn fırıldaqçılıqda təqsirli bilinənlər "ən azı altı şallaq zərbəsi" ilə cəzalandırılacaqb. Lakin cəza 24 şallaq zərbəsinə qədər artırıla bilər.

Məcburi tibbi müayinədən sonra cəza üçün adətən 60 ilə 120 sm uzunluğunda və 4 ilə 13 mm qalınlığında, rattan və ya bambukdan hazırlanmış çevik çubuqlardan istifadə olunacaq. Bu cəza 50 yaşdan yuxarı qızlara, qadınlara və kişilərə şamil edilməyəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!