“Kiçik məclislərə getmirəm” - Üzeyir Mehdizadə

saytların hazırlanması

Evə çatdırılma

“Kiçik məclislərə getmirəm” - Üzeyir Mehdizadə

Şou

24 Yanvar 2025 15:00 174


"Kiçik banketlərə yüksək qonorar verəndə belə getmirəm. Düz gəlmir, səhnə də olmur. Mənə pul önəmli deyil. Başqa ölkələrdən şirkətlər zəng vurur, dəvət edir. Həmin zaman mən bu kiçik məclisdəki görüntüyə görə onlardan böyük səhnə istəyə bilmərəm. Ona görə də belə kiçik məclisə getmirəm".

Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Üzeyir Mehtizadə "Qonaqcanlı" verilişində deyib. O bildirib ki, banketlərdən gələn dəvətlərdən imtina edir. 

Üzeyir aparıcı Aytəkin Mərdanovanın övladları ilə bağlı sualını cavabsız qoyub. İfaçı 3 övladı olduğunu təsdiqləsə də, bu haqda danışmaq istəməyib.  pizza hut

"Burada ayıb heç nə yoxdur, amma danışmaq istəmirəm. Xasiyyətimlə bağlıdır. Əvvəldən beləyəm, sonradan dəyişməmişəm" deyə, müğənni bildirib./Axşam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!