Kiçik yaşlı şahmatçımızdan gümüş medal 

saytların hazırlanması

Evə çatdırılma

Kiçik yaşlı şahmatçımızdan gümüş medal 

İdman

19 Avqust 2019 12:23 1051


Belarusun paytaxtı Minsk şəhərində 8,10 və 12 yaşlı uşaqlar arasında Rapid və Blitz üzrə Dünya Çempionatı başa çatıb.

“Yeni Sabah” xəbər verir ki, dünya birinciliyində ölkəmizi cəmi iki şahmatçı - U-8 yaş qrupunda mübarizə aparan Bayramlı Rafael və Kərimli Yusif təmsil edib. Kərimli Yusif Rapid və Blitz yarışlarında inamlı çıxış etsə də, mükafatçılar sırasına düşə bilməyib.

Yusif Dünya Çempionatının Rapid turnirini 7-ci ,Blitz turnirini isə 5-ci pillədə bitirib. Bayramlı Rafael isə, Blitz yarışında inamsız təsir bağışlasa da (19-cu yer), Rapid yarışında möhtəşəm çıxışı ona Dünya birinciliyinin gümüş medalını qazandırıb. Keçirdiyi 9 oyundan 7.5 xal toplayan Rafael, dünya ikincisi olub. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!