Kılıç: Ermənistanla sərhədin açılışı məsələsində irəliləyiş yoxdur

saytların hazırlanması

Evə çatdırılma

Kılıç: Ermənistanla sərhədin açılışı məsələsində irəliləyiş yoxdur

Dünya

11 Aprel 2025 15:46 139


Ermənistan-Türkiyə sərhədinin açılması məsələsində irəliləyiş yoxdur.

Yenisabah.az xəbər verir ki, bunu Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç deyib.

“Xeyr, bu məsələdə heç bir irəliləyiş yoxdur”, - deyə diplomat suala cavab verib. pizza mizza

Erməni tərəfi ilə növbəti danışıqların tarixinə toxunan Kılıç Ankaranın prosesi inkişaf etdirmək istədiyini və Ermənistanla təmasda olduğunu bəyan edib. Lakin hazırda danışıqlar üçün konkret tarix təyin edilməyib.

Bundan əvvəl Antalyada diplomatik forum çərçivəsində iki ölkənin xüsusi nümayəndələrinin görüşü baş tutub. Ermənistan nümayəndəsi, parlamentin vitse-spikeri Ruben Rubinyanın sözlərinə görə, görüş müsbət keçib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!