Kılıçdaroğluna da vaksin vuruldu   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Kılıçdaroğluna da vaksin vuruldu - Foto

Rəsmi

12 Fevral 2021 14:00 864


Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri, müxalif siyasətçi Kemal Kılıçdaroğlu da koronavirusa qarşı vaksinasiya prosesindən keçib.

Yenisabah.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, Kılıçdaroğlu barədə özü sosial şəbəkədə məlumat verib. Siyasətçi həyat yoldaşı ilə birgə vaksin olunub.

"Bizim də sıramız gəldi və həyat yoldaşım Selvi xanımla ailə həkimimizdə COVID-19-a qarşı vaksin olunduq. Hamının güvənli şəkildə vaksin olunmasını və pandemiyanın sona çatmasını diləyirəm", - deyə Kılıçdaroğlu qeyd edib. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!