Kim Çen İn ABŞ-la danışıqlardan imtina etdi

saytların hazırlanması

Evə çatdırılma

Kim Çen İn ABŞ-la danışıqlardan imtina etdi

Dünya

07 İyul 2020 13:36 1006


Şimali Koreyanın Xarici İşlər Nazirliyinin ABŞ ilə münasibətlər üzrə rəsmisi Kuon Conq Qan ölkəsinin ABŞ ilə görüşmək kimi bir niyyətinin olmadığını diqqətə çatdırıb. 

Yenisabah.az xəbər verir ki, bir müddət əvvəl Cənubi Koreya prezidenti Mun Cey-in ABŞ və Şimali Koreya prezidentlərinin qatılacağı sammit təşkil etmək üçün vasitəçi ola biləcəyi dilə gətirib. Bu hadisədən sonra Şimali Koreya rəsmisi Cənubi Koreyadan bu işlərə qarışmamasını istəyib: "Cənubun prezidentlərin işinə qarışmama vaxtı çatıb, lakin görünür, pis vərdişlərə çarə tapılmır. Təkrar açıq şəkildə demək lazımdırsa, ABŞ ilə üz-üzə görüşmək niyyətimiz yoxdur".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!