Koronavirus pandemiyası dünyanı cənginə aldığı bir zamanda Şimali Koreyanın atdığı qeyri-adi addımlar diqqət çəkir.
Yenisabah.az xəbər verir ki, bu günədək bir nəfərin belə virusa yoluxmadığı iddia edilən ölkədə Koreya İşçi Partiyası qurultay keçirib. Qurultayda Kim Çen İn də daxil olmaqla təxminən 5 min nəfər iştirak edib. Maraqlı məqam isə odur ki, minlərlə insan arasında bir nəfər belə maska taxmayıb.
Qeyd edək ki, dünyada bu günədək 86 839 226 insan virusa yoluxub, 1 876 243 nəfər isə virus səbəbilə həyatını itirib. Pepperoni pizza
Telegram kanalımız