Kim Çen In yırtıq və dar cinslərə qarşı…

saytların hazırlanması

Evə çatdırılma

Kim Çen In yırtıq və dar cinslərə qarşı…

Dünya

19 May 2021 08:41 1497


Şimali Koreya lideri Kim Çen In gənclərin xarici görünüşündə fərdiliyin özünü biruzə verməsini ölkədə mövcud siyasi quruluş üçün təhlükəli hal sayır.  

Bu barədə “Daily Mirror” qəzeti məlumat yayıb. Məlumata əsasən, Şimali Koreyada yırtıq və dar cinslər qadağan olunub. Bu geyimlərdə küçəyə çıxmaq ictimai asayişi pozmaq kimi qiymətləndirilir. Bununla yanaşı, ölkə sakinlərinin saç düzümü formalarına da məhdudiyyətlər qoyulub.

Kim Çen In hesab edir ki, Qərb mədəniyyəti gənclərə mənfi təsir göstərir. Bu təsir isə sonda mövcud rejimin devrilməsi ilə nəticələnə bilər. Dövlət başçısı geyim tərzi ilə bağlı xüsusi sənəd imzalayıb. Sənəddə dəbli geyimlərə üstünlük verənlərin əmək düşərgələrinə göndərilməsi tövsiyə olunub. Dördpendirli pizza

Ölkə KİV-i də əhalini kapitalizmin təzahürlərindən çəkinməyə və mövcud həyat tərzini qorumağa çağırıb. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!