Şimali Koreyada xoşagəlməz rüzgar əsir. Qərb mətbuatı yazır ki, ölkə lideri Kim Çen Inın səhhəti yaxşı deyil.
ABŞ kəşfiyyatının dəqiq məlumat əldə etdiyi iddia olunur. Şimali Koreya prezidentinin ürək əməliyyatından sonra vəziyyətinin yaxşı olmadığı bildirilir.
“Yeni Sabah” xəbər verir ki, indi Qərb mətbuatında həm də Kim Çen Inı kimin əvəz edəcəyi müzakirə olunur. Liderin bacısı Kim Yo-Yonqun adı daha çox hallanır. Cənubi Koreya mətbuatı hesab edir ki, Kim Çen In özünə gələ bilməsə, onun yerini məhz bacısı tutacaq. pizza sifarişi
Kim Yo-Yonq zəif fiqur deyil. Prezidentin bacısı parlamentdə yer alır, bir çox mühüm məsələlərin məsuliyyətini daşıyır. Kim Çen Inın onunla hesablaşdığı da zamanla Qərb mətbuatında əks olunub.
Kim Çen Inın vəziyyətinin yaxşı olmamasıyla bağlı şübhələr dövlət başçısı babası Kim İr Senin doğum günündə ortada görünməyəndə artmışdı. Bunun ardınca Qərb mətbuatı əminliklə liderin ağır vəziyyətdə olduğunu yazmağa başladı.
Kim Çen In 1984-cü ildə doğulub. O, Şimali Koreyaya 2011-ci ilin dekabrından – atası Kim Çen İrin ölümündən dərhal sonra başçılıq etməyə başlayıb.
Telegram kanalımız