“Kim əsəbləşirsə, müğənniləri təhqir edir”   – İzzət əsəbləşdi + Video

saytların hazırlanması

Evə çatdırılma

“Kim əsəbləşirsə, müğənniləri təhqir edir” – İzzət əsəbləşdi + Video

Şou

04 May 2020 17:58 881


Müğənni İzzət Bağırov ARB telekanalında yayımlanan"Söhbət var" verilişində qonaq olub. 

Yenisabah.az xəbər verir ki, o müğənnilər haqda yazılan tənqidlərə cavab verib: "2 aydır məni ən çox əsəbiləşdirən söz budur: Xalqın pulu ilə adam olmusunuz. Toyda oxumağımızın, zəhmətimiz müqabilində pul alırıq. Yanvar-fevralda hər müğənininin iki-üç toyu olub. Demək olar ki, yox səviyyəsindədir. Martın 14-dən sonra işləmirik. İndi də Ramazan ayıdır. Məsləhət olsa, icazə verilsə, ayın 24-dən sonra toy ediləcək. Toy olsa da iki ay çəkəcək və yenə Məhərrəmlik ayı girəcək. Müğənnilər çox qınanılır”. 

İzzət həmçinin aztəminatlı ailələrə yardım edən müğənnilər barədə də danışıb: “Yardıma gedənlər də müğənnilər oldu. Söyülən də, təhqir olunan da. Mən başa düşə bilmirəm niyə ancaq müğənnilər? Kim əsəbiləşirsə, girir müğənnini sosial şəbəkədə təhqir edir”. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!