"Feminist yürüşündə əxlaqsız şüar səsləndirən Aysel Ələkbərzadə özünü binadan atıb. O gecə yazdığı statusda intihar edəcəyini yazmışdı. Onun ölümündə Libre ve Qurban adlı şəxslərin adını çəkib. Bildirib ki, adıçəkilən şəxslər onun üzərində oyun qurublar. Dəhşətli hal burasındadır ki, Aysel intihar anonsu verəndə dünənə qədər ona dəstək olanlar gülməli rəylər yazıblar".
"Yeni Sabah" bildirir ki, bunu tanınmış jurnalist və yazıçı Azər Qismət yazıb.
Yazıçının sözlərinə görə, Ayseli bu addımdan çəkindirmək olardı: Pepperoni pizza
"Lakin bunu etməyiblər. O, nə etdiyini anlamaya bilərdi. Bunun arxasında kim dayanıb, kim o gənc qızları həvəsləndirib, onlar axtarılmalıdır. Dünən gecə Aysel anlamışdı ki, onu aldadıblar. Başa düşmüşdü ki, onu qurban seçiblər. Bu cür uşaqları aldadan təşkilatçılar tapılmalıdır. Hüquq-mühafizə orqanları təşkilatçıları tapmasa, hələ çox gənc qurbana çevriləcək. Təki, ölməsin. Allah onun günahını və gəncliyinə bağışlasın".
Xatırladaq ki, Bakıda 8 mart günü qanunsuz aksiya keçirən fəallardan 1996-cı il təvəllüdlü Aysel Ələkbərzadə 3-cü mərtəbədən özünü atıb.
Telegram kanalımız