“Kim olduğumuzu göstərməyin vaxtıdır“ - “Olimpiakos“un baş məşqçisi

saytların hazırlanması

Evə çatdırılma

“Kim olduğumuzu göstərməyin vaxtıdır“ - “Olimpiakos“un baş məşqçisi

İdman

11 Oktyabr 2022 12:06 1021


“Olimpiakos”un baş məşqçisi Miçel komandasını  Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la Bakıda keçiriləcək oyuna həm də psixoliji cəhətdən yaxşı hazırlamağa çalışır.

Yenisabah.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.

İspaniyalı mütəxəssisin  Yunanıstan Superliqasının 7-ci turunda OFİ-yə qalib gəldikləri (2:1) matçdan sonra futbolçularla xüsusi söhbət  apardığı bildirilib. pizza

Baş məşqçi bu uğurlu seriyanı davam etdirməli olduğunu qeyd edib: “Böyük nəticələr əldə etməyin, kim olduğumuzu göstərməyin vaxtıdır” – deyə o bildirib.

Komandanın təcrübəli müdafiəçi Sokratis Papastatopulos da komanda yoldaşlarını bir araya yığaraq, onlarla psixoloji söhbət aparıb, futbolçuları Bakı səfərinə kökləyib, bildirib ki, bu matç bir sıra uğurlu nəticələrin başlanğıc nöqtəsi olmalıdır.

Qeyd edək ki,  oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Olimpiakos” oyunu saat 20:45-də başlayacaq. Komandalar arasında Yunanıstanda keçirilən görüş Ağdam klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!