“Kim salam veribsə, hamısını aldadıb“ - DİN-dən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Kim salam veribsə, hamısını aldadıb“ - DİN-dən açıqlama

Kriminal

06 Yanvar 2022 14:29 1068


"Özünü FHN polkovniki kimi təqdim edən Rasim Əhmədli ona kim salam veribsə, hamısını aldadıb, kim inanıbsa, zərər çəkib".

Yenisabah.az xəbər verir ki, bunu Report-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

"Dələduzlara xas olan bütün ritual qaydalara da ciddi əməl edib. Saxta polkovnik Rasim Əhmədli əvvəllər də Cinayət Məcəlləsinin 178 (dələduzluq), 221 (Xuliqanlıq) 29.120 (qəsdən adam öldürməyə cəhd) maddələri ilə məhkum olunub. Ötən ilin noyabrında dələduzluq əməlinə görə beynəlxalq axtarışa verilib. Saxlanılması üçün müvafiq tədbirlər görülür", - DİN rəsmisi bildirib.  pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!