“Kimin imkanı varsa, pulunu verib ordudan yayınacaq”   - Hərbi ekspert

saytların hazırlanması

Evə çatdırılma

“Kimin imkanı varsa, pulunu verib ordudan yayınacaq” - Hərbi ekspert

Maraqlı

25 Avqust 2022 16:27 3805


Ermənistanda pullu hərbi xidmətin tətbiqi üçün qanun layihəsi hazırlanıb.

Yeni qanun layihəsinə əsasən, 24 milyon dram (təxminən 100 min AZN) ödəyəcək olan çağırışçılar və möhlət hüququ olan şəxslər bundan sonra orduda 24 deyil, cəmi 5 ay hərbi xidmət keçəcəklər. 

Azərbaycanla münaqişə vəziyyətində olan, revanşist mövqeyindən əl çəkməyən, vaxtaşırı hədə dolu bəyanatlarla çıxış edən İrəvanın birdən-birə bu qanunu hazırlamasına səbəb nədir? pizza

Ermənilərin pulu qurtarıb, yoxsa onlar müharibə perspektivlərinin olmadığını anlayıblar?

Yenisabah.az-a açıqlamasında ehtiyatda olan mayor Ədalət Verdiyev deyib ki, bu, bir daha onu göstərir ki, Ermənistan ordunun maliyyələşməsində ciddi problemlərlə qarşılaşıb:

“Bu, imkanlı erməni vətəndaşlarının hesabına orduya müəyyən qədər maliyyə vəsaitinin toplanması məqsədilə atılan bir addımdır. Amma bu qərar, eyni zamanda Ermənistan hərbi dairələrində və yüksək generalitet tərəfindən müsbət qarşılanmayacaq. Çünki kimin imkanı varsa, o pulu ödəyib ordudan yayınacaq. Lakin Ermənistan hakimiyyəti imkansızların hesabına növbəti dəfə ordunun komplektləşdirilməsini, habelə bununla da erməni cəmiyyətində ciddi bir narazılığın yaranacağının fərqində deyil”.

Hərbi ekspert deyib ki, onsuz da Ermənistan hər zaman müharibə etmək imkanlarının az olduğunu vurğulayır:

“Əslində, bununla da onlar haqlıdırlar. Çünki Ermənistan ordusunun hər hansı bir şəkildə komplektləşdirilməsindən asılı olmayaraq, silah-sursat və texnika baxımından Vətən Müharibəsində onlar elə bir dərin məğlubiyyətə uğrayıb ki, bu imkanlarla da Ermənistanın Azərbaycana qarşı müharibə ehtimalı sıfıra bərabərdir. Ona görə də azad olunan ərazilərdə, eləcə də Ermənistan sərhədilə yanaşı sülhməramlıların nəzarətində olan ərazilərdə Azərbaycan Ordusunun yeni mövqelərdə yerləşməsi zamanı əks tərəfdən hər hansı bir müqavimətə rast gəlməmişik. Qısacası, Ermənistanın Azərbaycana qarşı müqavimət potensialı sıfıra bərabərdir”.

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!