Koronavirus səbəbilə evdən çölə çıxa bilməyən məşhurlar yeni bir trend başladıblar.
Yenisabah.az xəbər verir ki, dünya ulduzları evlərindəki yastıqları kəmərlə bellərinə bağlayaraq çəkdirdikləri fotoları sosial şəbəkələrdə paylaşırlar. "Quarantine Pillow Challenge" adlı trendə aktrisa Pərvin Abıyeva da qoşulub.
Sosial şəbəkədə fotolarını paylaşan 29 yaşlı aktrisa ona “Deyirlər yastıq geyinmək dəbdədir. Mən də qoşuldum bu trendə. Kimin qızından əksiyəm ki?” – deyə şərh verib. Dominos pizza
Pərvinin bu addımını izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb. Həmin fotoları təqdim edirik:
Telegram kanalımız