"Kiminsə ərini bölüşdürə bilmirsiz" - Afaq Bəşirqızı müğənniləri tənqid etdi - Video

saytların hazırlanması

Evə çatdırılma

"Kiminsə ərini bölüşdürə bilmirsiz" - Afaq Bəşirqızı müğənniləri tənqid etdi - Video

Şou

03 Mart 2020 19:58 742


"Ağılla yaşasan, həyat komediya yox, faciədir. Hisslərlə yaşamaq lazımdır. Amma hiss də adamı aldadır". "Yeni Sabah" xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı "Söhbət var" verilişində deyib. Aktrisa proqramda qonaq olan müğənni Xatun Əliyevanın parodiyalarına münasibət bildirib. İfaçı bir çox həmkarının parodiyaya görə ondan incidiyini söyləyib. A.Bəşirqızı isə həmin ifaçıların ünvanına tənqidlər səsləndirib: "Özün kimi qal. Bir çoxları fəxr etməlidir ki, onları parodiya edirsən. İnciyənlərə demək istəyirəm: Deyəsən, yeriniz kimi xasiyyətinizdə səhv düşüb. Harada ciddi oturmaq, harada gülmək lazımdır, yadınızdan çıxıb. Ona görə də həyatın müəyyən qanunlarını başa düşmürsüz. Ancaq qeybət edib, xətrə dəyməyi bacarırsız. Kiminsə ərini bölüşdürə bilmirsiz. Bütün bunlar böyük faciədir. Amma parodiya edəndə, xoş halda yada salanda, qəbul etmirsiz. Sənətkarı sənətkar yada salır, burada nə var?". /Axşam.az https://www.youtube.com/watch?v=oOfcWM_sizg&feature=youtu.be
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!