Kimlərin kredit borcu silinəcək?  - 1.7 milyonluq qərar

saytların hazırlanması

Evə çatdırılma

Kimlərin kredit borcu silinəcək?  - 1.7 milyonluq qərar

İqtisadiyyat

09 Noyabr 2023 21:03 27263


2024-cü ilin dövlət büdcəsindən fiziki şəxslərin problemli kreditlərinin həlli üçün 1.7 milyon manat kompensasiya ödənişlərinin həyata keçirilməsi nəzərdə tutulur. Bu barədə məlumat büdcə layihəsində yer alıb.

2019-cu ilin fevralında prezident İlham Əliyev fiziki şəxslərin xarici valyutada olan problemli kreditlərin həlli ilə bağlı fərman vermişdi. Onda 10 min dollara qədər kredit götürən fiziki şəxslərin borclarında 2015-ci ildə iki dəfə baş vermiş devalvasiyalardan sonra yaranmış fərq dövlət büdcəsi hesabına ödənildi. O zaman vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə banklara 682 milyon manat güzəştli kredit verilmişdi.

Mərkəzi Bankın məlumatına görə, oktyabrın 1-nə vaxtı ötmüş kreditlərin məbləği 519.8 milyon manat olub. Bu, əvvəlki aya nisbətən 2.7 faiz azdır. Cəmi kredit portfelində vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1 faiz azalaraq 2.3 faiz təşkil edib. Xatırlanan fərmana qədər isə Azərbaycanda problemli kreditlər 1.5 milyard manatı keçmişdi. pizza sifarişi

Amma indi layihədə bəhs edilən 1.7 milyon manat bütün bu sadalananların fonunda çox cüzi məbləğ kimi görünür. Belədə o, hansı işlərə yarayar?

Mövzu ilə bağlı layihənin müəllifləri ilə danışmaq mümkün olmayıb. Amma deputat Vüqar Bayramov  Turan-a bildirib ki, əvvəlki illərdə də bu məqsədə dövlət büdcəsindən vəsaitlərin ayrılması nəzərdə tutulurdu: "Bu ilin sentyabrında Qarabağda aparılan antiterror əməliyyatlarında şəhid ailəsi statusu almış ailələrin kredit borcunun silinməsi də qanunvericilikdə öz əksini tapıb".

Onun sözlərinə görə, bu, həmin ailələrin sosial təminatının gücləndirilməsi məqsədi daşıyır.

Bank faizlərinə gəlincə, deputat xatırladıb ki, Mərkəzi Bankın məlumatına görə, ölkə üzrə kreditlər orta hesabla 12.53 faizlə təklif olunur: 

"Bununla belə, orta kredit faizləri ilə vətəndaşların daha çox istifadə etdiyi istehlak kreditləri faizləri arasında fərq mövcuddur. Aydındır ki, Azərbaycanda 12.53 faizə istehlak kreditləri cəlb etmək çox çətindir... Orta faizdən daha çox, istehlak kreditlərinin faiz dərəcələrinin azaldılması istiqamətində fəaliyyətlərin gücləndirilməsi daha vacibdir".

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, dövlətin maliyyə sabitliyi yaratmaq və onu qorumaq kimi bir öhdəliyi var: 

"Problemli kreditlərlə bağlı nəticəni aradan qaldırmaqdansa, səbəbinin aradan qaldırmasına çalışmaq lazımdır. Problemli kreditlər nəticədir. Səbəb isə insanların gəlirlərinin aşağı olması, vətəndaşların iş yerlərini itirməsi, kredit faizlərin yüksək olması ola bilər".

Onun fikrincə, gələn il problemli kreditlərin silinməsinə 1.7 milyon manat kimi az məbləğin ayrılması onun əsgər və zabitlərə şamil olunması ilə bağlıdır: 

"19-20 sentyabrda antiterror əməliyyatından sonra şəhid ailələrinin kreditlərin silinməsi ilə bağlı bəzi banklar qərar vermişdi. Həmin 1.7 milyon manat, çox ehtimal ki, bu qərarların icrası üçün həmin banklara kompensasiya kimi veriləcək. Söhbət, çox güman ki, 300-500 nəfərin ödənilməmiş kreditlərin bağlanmasından gedir".

N.Cəfərli hesab edir ki, problemli kreditlər məsələsini həll etmək üçün kredit faizləri aşağı salınmalı, rəqabətli bank sektorunun güclənməsi ilə bağlı addımlar atılmalıdır: 

"Bu, dövlətin borcudur. Zaman-zaman problemli kreditlər məsələsi ilə qarşılaşandan sonra addımlar atmaqdansa, bunun yükünü dövlət büdcəsinin çiyninə yükləməkdənsə, əvvəlcədən elə şərait yaradılmalıdır ki, problemli kreditlər ümumi kredit portfelinin 2 faizini keçməsin. Dünyada da belə bir standart var ki, problemli kreditlərin ümumi kredit portfelində çəkisi 2-3 faiz civarında olsa, bu, idarəolunan kreditlər sayılır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Seadet
    Salam 2015 ci ilden qalan problemli kreditim var. 12-13min arasi.2024 guzestlerine 10minden yuxari meblegleri de salsaydilar yaxsi olardi. Odeye bilmirem
    2 years ago
  • Ceyhun
    Salam.mən oqlumun müalicəsi üçün yuni bankdan götürdüyüm krediti hətdən çox faiz gəldiyi üçün işsiz evsiz olduqum üçün ödüyə bilmirəm işim icradadi oqlum 13 yası var birinci qurup anadan gəlmə qüsürludu özüm imtiazlə ailəyəm çox xahiş edirəm mənə köməy edin borcumun baqlanması üçün..oqlumun müalicələri çox bahalə və ömrlük olduqu üçün imkanim çatmir...çox xahiş edirəm ən azinnan faizdər silinsin
    2 years ago
  • TƏHMASİB ƏHMƏDOV
    Vətən müharibəsi iştirakçısıyab, Azpulmanatdan zəng gəlir və mənə döyüş iştirakçısı olduğumda deyilir, ama yenədə onlara borcum olduğumu bildirirlər, eyni hal Leobankdada olub, məni məhkəməyə verəcəklərini bildirirlər, daha deməsinlər, bizə borclu olduğlarını, biz onlara borcluyuğ????
    3 years ago
  • Elxan eliyev
    Gozlerim gormur iwleye bilmirem bank borcum qalib vere bilmirem
    3 years ago
  • Gözəl
    Salam 67yaşım var təqaüdcüyəm 2021ci ilin sentiyabır ayında səhətimlə bağlı kredit götürmüşəm hal hazırda aldıgım təqaüd dərmanlarıma ancaq çatır xahiş edirəm adıma olan kreditin bağlanmasında köməklik edəsiz
    3 years ago
  • Gözəl
    Salam 67yaşım var təqaüdcüyəm 2021ci ilin sentiyabır ayında səhətimlə bağlı kredit götürmüşəm hal hazırda aldıgım təqaüd dərmanlarıma ancaq çatır xahiş edirəm adıma olan kreditin bağlanmasında köməklik edəsiz
    3 years ago
  • Gözəl
    Salam 67yaşım var təqaüdcüyəm 2021ci ilin sentiyabır ayında səhətimlə bağlı kredit götürmüşəm hal hazırda aldıgım təqaüd dərmanlarıma ancaq çatır xahiş edirəm adıma olan kreditin bağlanmasında köməklik edəsiz
    3 years ago
  • Gözəl
    Salam 67yaşım var təqaüdcüyəm 2021ci ilin sentiyabır ayında səhətimlə bağlı kredit götürmüşəm hal hazırda aldıgım təqaüd dərmanlarıma ancaq çatır xahiş edirəm adıma olan kreditin bağlanmasında köməklik edəsiz
    3 years ago
  • Gülşən
    Salam 2009-2010 cü ildən problemli kreditim var 5000m ödəyə bilmirəm tək ailə başçısı tam ankoloji xəstəyəm kömək eliyin silindi zamanında yüksək faizlə götürdüyüm məbləği qaytarmışam
    3 years ago
  • Mehemmed
    Menimde problemli kreditim var .8736 manat borcluyam kapital banka. 4000 manatdan cox odenis etmisem sen deme bu faizi imis. Bu qeder odeyenden sora 8736 manat borcum qalib heleki. Xais edirem komeklik edesiz
    3 years ago
  • Adim zaur veliyev elmar oqlu dolarla
    Evladim talasimiya xesdesi idi dolarla goturdum 2defe qalxdi ödeye bilmedim evladimida itirdim indi qohumlardan yiqib qoyduqum qizilarda batdi qohumlarda qizilari isdir men ata hardan alim odeyimevlad derdimi ceke bilmirem azqaliram özumu öldurum cixim gedim budunyadan devleden xaiş edirem heryere yazili sürede muraciyet edim xeyri olmadi
    3 years ago
  • Tural
    Salam.2014 cu ilde dolarnan kredit göturmusem helede ödeyirem kömeklik edin xais
    3 years ago
  • Sahib.Refijev
    İşden azad edibler ÖDEJE BİLMİREM
    3 years ago
  • Kûnel qurbanova
    Salam menimde prablemli kiredet var kantakda 3000 min xaiş edirəm menede yardim edin
    3 years ago
  • Nəzrin
    2012-ci ildən etibarən dollarla kredit borcumuz var. Ödəyə bilmirik xahiş edirik köməklik olunsun
    3 years ago
  • Rustem
    Salam ozum 4 ildi herbi qulluqcuyam yeni aile qurmuwam problemli kreditim var gucum catmir odemeye ata xesteydi onun ucun goturmuwem birde aile quranda indi gucum catmir menede komek edin.
    3 years ago
  • Təbriz
    Salam menimde kiridit borcum var 2ci qarabag vetiraniyam ozum kirede qaliram xatira bilmirem dolaniwim cox zeyifdi xayiw menede komeklik edesiz
    3 years ago
  • Tural
    Salam özüm herbiçiyem. 18ildi vetenime. Miletime xidmet edirem neçe ilerdi ki prablemli kreditim var ödüye bilmirem
    3 years ago
  • Sahil
    Mənim problemli kreditim var ödəyə bilmirəm özümdə hərbi qulluqçuyam həyat yoldaşım xəstədi özümdə hər iki bud çanaq sümüklərinin pratezi əməliyyatına hazırlaşıram maaşda dərmana birdə ailənin dolanışığına güclə çatır necə ede bilərəm mənə də dövlət tərəfindən köməklik göstərilsin xaiş edirəm
    3 years ago
  • Muxtar
    Salam 2021ci ilden problemli kreditim var ozumde Qarabag əliliyəm 2020ci ildə gedən döyüşlərdə iştirak etmişəm
    3 years ago
  • Sima
    2014 cu ildən problemli kreditin var .
    3 years ago