“Kimlərsə orda-burda deyib ki, mən...“   - Amaşov əsəbləşdi

saytların hazırlanması

Evə çatdırılma

“Kimlərsə orda-burda deyib ki, mən...“ - Amaşov əsəbləşdi

Maraqlı

29 Avqust 2022 13:27 1284


Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov sədirlikdən istefa verməsi haqda yayılmış informasiyaya aydınlıq gətirib.

Yenisabah.az Əflatun Amaşovun açıqlamasını təqdim edir:  

- Kimlərsə orda-burda deyib ki, mən Mətbuat Şurası sədrliyindən istefa ərizəsi yazmışam. Bunu mənim fikrimi öyrənmədən yazanlar da tapılıb. Bəri başdan bildirim ki, yazılanlar və deyilənlər şaiyədir. İstefa verməmişəm, istefa vermək fikrim də yoxdur. Hazırda işimin başındayam. Marqarita pizza

Bəli, Azərbaycan Mətbuat Şurasının Nizamnaməsinə əsasən 4 ildən bir Azərbaycan jurnalistlərinin qurultayı keçirilməlidir. Axırıncı ali məclis 2018-ci ildə baş tutub. Deməli, 2022-ci ildə də təşkil olunmalıdır. Bununla bağlı qərarı, yəni qurultayın keçirilməsi üzrə Nizamnamə prosedurunun reallaşdırılması qərarını Şuranın İdarə Heyəti verməlidir. Qurultayda Şuranın İdarə Heyəti üzvlüyünə və sədrliyə yenidən namizədliyimi irəli sürüb-sürməmək qərarını isə mən verməliyəm. Tövsiyə edirəm ki, kimsə buna görə narahatlıq keçirib hadisələri qabaqlamaq niyyətinə düşməsin. Belə bir niyyətə düşmək ən azından etikasızlıqdır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!