“Kimləsə rəqabət aparmaq fikrim yoxdur” -  Tural Abbaslı sabiq nazirlə davasından danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Kimləsə rəqabət aparmaq fikrim yoxdur” - Tural Abbaslı sabiq nazirlə davasından danışdı

Siyasət

02 Aprel 2019 17:35 1181


Xəbər verdiyimiz kimi aprelin 1-də Azərbaycan Xalq Hərəkatının növbəti iclası olub. Toplantı xeyli gərgin atmosferdə keçib. İclasda qarşıdurmalar yaşanıb. Sabiq daxili işlər naziri İsgəndər Həmidov Ağ partiya başqanı T.Abbaslının hərəkatın idarə heyətindən uzaqlaşdırılması təklifini verib. Hər iki siyasətçi arasında qarışıqlı ittihamlar səslənib. Nəticədə gərginlik daha da artıb və hər iki siyasətçi əlbəayaxa dava həddinə çataraq, üz-üzə belə gəliblər. 

Məsələ ilə bağlı “Yeni Sabah”a açıqlama verən Tural Abbaslı dünənki iclasda xoşagəlməz və proseslərə heç bir faydası olmayacaq anlar yaşandığı üçün təəssüf etdiyini deyib:

“Mən istəməzdim ki, belə müzakirələr və mübahisələr açıq şəkildə və cəmiyyətin önündə olsun. Odur ki, iclasın qapalı keçirilməsini təklif etdim. Ancaq əksəriyyət açıq keçirilməsinin tərəfdarı oldu. Dünən İsgəndər Həmidovun mənə qarşı irəli sürdüyü ittihamların nədən ibarət olduğunu anlamadım. Heç özü də məncə fikirlərini aydınlaşdıra bilmədi. Ümumi fikirlərlə guya mənim İdarə Heyəti üzvlüyü məsələmi qaldırdı. Təbii ki, arqumentlərin zəifliyi və ümumiyyətlə heç bir əsasın olmaması səbəbindən onun təklifi rədd edildi”. Marqarita pizza

T.Abbaslı belə bir hadisənin yaşanmamasını istədiyini vurğulayıb:

“Mənim üçün hələ də məsələ qaranlıqdır. Yəqin ki, Həmidovun özü bu məsələyə aydınlıq gətirər, mən onun yerinə danışmaq niyyətində deyiləm. AXH  İdarə Heyətinin rəhbərliyi ilə öz fəaliyyətini davam etdirir və yolunu gedir. Bizim əsas rəqibimiz iqtidar olmalıdır, ən azından mənim üçün belədir. Mənim üçün heç bir AXH üzvü rəqib deyil və kiminləsə də rəqabət aparmaq fikrində deyiləm”.

Qeyd edək ki, İ.Həmidov T.Abbaslının hərəkatın idarə heyətindən uzaqlaşdırılması təklifini verib. Sabiq nazir arqument kimi T.Abbaslının gənc və yaşlı siyasətçilərlə bağlı "Yeni Müsavat"a verdiyi açıqlamanı və digər partiyalarla görüşməsini göstərib.

Günay Rəsulqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!