“Kimsə şəhid ailəsinin əlindən nəyisə ala bilməz” – Millət vəkili

saytların hazırlanması

Evə çatdırılma

“Kimsə şəhid ailəsinin əlindən nəyisə ala bilməz” – Millət vəkili

Siyasət

30 Mart 2019 13:17 1425


İctimaiyyət nümayəndələri məhkəminin qərarını və iş adamı qınayıblar. 

“Yeni Sabah” xəbər verir ki, millət vəkili Adil Əliyev Sfera.az-a açıqlamasında məsələnin mahiyyətindən təfərrüatlı xəbərdar olmadığını bildirsə də İsfəndiyar Axundovun şəhid ailəsinə qarşı iddia qaldırmasını doğru saymayıb:

"İstənilən halda şəhid ailələri bizlər üçün bir əmanətdir. Hər bir Azərbaycan vətəndaşı şəhid ailəsinə hörmətlə yanaşmağa borcludur və şəhid ailəsinin problemini öz problemi bilib, həllinə çalışmalıdır. Ona görə də üzülərək söyləyirəm ki, bu bizə yaraşmayan haldır. Heç bir Azərbaycan vətəndaşı şəhid ailəsinin əlindən nəyisə ala bilməz. Əksinə, şəhid ailəsinə kömək etməlidi”. pizza

Adil Əliyev şəhid ailəsinin mənzil probleminin ən üst səviyyədə həll olunmasının sevindirici və nümunəvi addım olduğunu qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!