Azərbaycan yığması dünən Millətlər Liqasında növbəti oyununu keçirib.
Yenisabah.az xəbər verir ki, C liqasının 1-ci qrupunda yer alan millimiz II tur çərçivəsində Kiprlə qarşılaşıb.
Turnirə Lüksemburqla ev oyunundakı 1:2 hesablı məğlubiyyətlə başlayan Canni de Byazinin komandası ilk səfər matçına çıxıb. Qarşılaşmanın start fiti ilə üstünlüyü ələ alan millimiz ilk yarıda hesabı açıb. Sezar pizza
Kapitan Maksim Medvedev meydan sahiblərini məyus edib. Matçın taleyini həll edən bu top müdafiəçinin yığmada 4-cü qolu olub. Bununla da yığmamız həm turnirdə, həm 2020-ci ildə, həm də de Byazinin rəhbərliyi altında ilk qələbəsini qazanıb.
Sportinfo yazır ki, AFFA prezidenti Rövnəq Abdullayev əldə edilən nəticəni yüksək qiymətəndirib. Belə ki, 3 xal əsas heyət üzvlərini 15000 manat irəli salıb.
Sonradan meydana daxil olanlara bu rəqəmin 75 faizi ödəniləcək. Ehtiyatda qalanlar 50 faiz, adları iştirak ərizəsinə düşməyənlər isə 25 faiz mükafat alacaq.
Telegram kanalımız