Noyabr ayı olsa da, kirayə mənzil bazarında hələ də payızın əvvəllərində olan vəziyyət hökm sürür.
"Yeni Sabah" xəbər verir ki, məsələ ilə bağlı Baku Tv videosorğu keçirib.
Sorğuya qoşulanlar qiymətlər yüksək olaraq qalmasından şikayətləniblər. Buna görə də mənzil axtarışında olanlar uyğun qiymətə kirayə ev tapa bilmir. Dördpendirli pizza
Xüsusilə də tələbələr bu məsələdə çətinlik çəkdiklərini, dərslərin bir neçə aydır ki, başlamasına baxmayaraq, hələ də öz ciblərinə uyğun ev tapa bilmədiklərini dilə gətiriblər.
Ekspertlər də təsdiq edir ki, kirayə mənzillərin qiymətində enmə müşahidə olunmur. Yaxın zamanda da ucuzlaşma gözlənilmir.
"Kirayə evlərin qiyməti şəhərin mərkəzində adətən 300-400 manat arasında dəyişir, bu da nəinki bölgələrdən paytaxta üz tutan tələbələrin, həm də ailəvi yaşamaq istəyənlərin ciblərinə uyğun deyil".
Ekspertlərin fikrincə, ölkəyə turist axınının artması kirayə mənzil bazarındakı qiymətlərə da təsir edir:
"Turistlərin sayının artması ölkə üçün nə qədər yaxşı olsa da, yataqxanaların sayının az olduğu bir şəhərdə tələbələrin ev tapmaması bir o qədər də pis haldır".
Telegram kanalımız