Kirayə mənzil qiymətləri artacaq -   SƏBƏB

saytların hazırlanması

Evə çatdırılma

Kirayə mənzil qiymətləri artacaq - SƏBƏB

İqtisadiyyat

11 Fevral 2021 11:25 1133


Ali təhsil müəssisələrində əyani təhsilin qismən bərpası ilə bağlı qərar Bakıda kirayə mənzil bazarında qiymətlərə hələki təsir göstərməyib.

Yenisabah.az-ın məlumatına görə, “MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib ki, hazırda kirayə mənzil bazarında hər hansı canlanma, aktivlik hiss olunmur.

Ekspet bildirib ki, hamı gözləmə mövqeyində dayanıb: pizza hut

“Əlbəttə, əgər ali məktəblərdə təhsil bərpa olunarsa, kirayə mənzil bazarına da təzyiq çoxalacaq və bu da qiymətlərin artmasına səbəb olacaq”. (Trend)

Qeyd edək ki, fevralın 15-dən ali məktəblərdə praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada bərpa olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!