Kirayədə yaşadığını deyən icra başçısı 4 minlik kəmər taxır -   FOTOFAKT

saytların hazırlanması

Evə çatdırılma

Kirayədə yaşadığını deyən icra başçısı 4 minlik kəmər taxır - FOTOFAKT

Sosial

22 Dekabr 2019 19:37 4407


Kirayədə yaşadığını deyən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev brend markalı kəmər taxır.

"Yeni Sabah" "Demokrat.az"a istinadən xəbər verir ki, kirayədə qalmasından gileylənən İcra Hakimiyyəti başçısının kəməri "Stefano Ricci"dəndir. 

Hazırda sözügedən markanın satış qiyməti 2 min avro (4 min manat) təşkil edir. Dördpendirli pizza

Maraqlıdır, İmişlidə şəkər zavodunda ailələr üçün tikilmiş yataqxanada, ailəsi ilə birlikdə aylıq 124 manat kirayə haqqı ödəməklə yaşadığını deyən Vilyam Hacıyev bəs 4 min manata kəməri necə alıb?!

Qeyd edək ki, müğənni Vasif Məhərrəmli də həmin markadan istifadə edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!