Kiselyov təsdiqlədi: “Sputnik”in rəhbəri sərbəst buraxılıb, hələ Bakıdadır

saytların hazırlanması

Evə çatdırılma

Kiselyov təsdiqlədi: “Sputnik”in rəhbəri sərbəst buraxılıb, hələ Bakıdadır

Siyasət

10 Oktyabr 2025 11:54 310


"Sputnik Azərbaycan"ın Bakıda həbs olunmuş icraçı direktoru İqor Kartavıx azadlığa buraxılıb.

Yenisabah.az “Kommersant”a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

O, azərbaycanlı vəzifədaşı Hikmət Hacıyevlə birbaşa danışıqlar aparıb və bu barədə qərar Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevin Düşənbədə keçirilən görüşü ərəfəsində verilib. Sezar pizza

“Kommersant”ın müxbiri Andrey Kolesnikov xəbər verir ki, öz növbəsində Rusiya tərəfi Rusiyada saxlanılan Azərbaycan vətəndaşlarından birini azad edib.

"Sputnik Blijneye Zarubejye" teleqram kanalı "Rossiya Seqodnya" beynəlxalq media qrupunun baş direktoru Dmitri Kiselyova istinadla xəbər verir ki, Kartavıxın barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığına dəyişdirilib. O hazırda Bakıdadır.

"Sputnik Azərbaycan" informasiya agentliyinin rəhbəri İqor Kartavıx və nəşrin baş redaktoru Yevgeni Belousov iyunun 30-da Bakıda saxlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!