Kişi ailəsinin 4 üzvünü öldürdü, sonra özü intihar etdi

saytların hazırlanması

Evə çatdırılma

Kişi ailəsinin 4 üzvünü öldürdü, sonra özü intihar etdi

Kriminal

06 Fevral 2022 23:01 1078


ABŞ-ın Korsikana şəhərində (Texas ştatı) kişi ailəsinin 4 üzvünü öldürüb, sonra 3 nəfəri yaralayıb və intihar edib.

APA xəbər verir ki, bu barədə yerli polisin “Facebook” səhifəsində məlumat dərc edilib.

Hadisə yerinə gələn polis mənzildə öldürülmüş kişi və qadın meyitləri aşkar edib. Sonra axtarış zamanı daha iki yaralı aşkar edilib. Sezar pizza

Hər iki yaralı Dallas Travmatologiya Mərkəzinə aparılıb.

Polisin bildirdiyinə görə, uşaq və kişi meyitləri də tapılıb. Daha bir qadın güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs avtomobildə ağır vəziyyətdə tapılıb. O, xəstəxanada dünyasını dəyişib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!