Həyat yoldaşını ona xəyanət edərkən tutub, videosunu sosial şəbəkədə yayımlayan kişi haqda aktrisa Mehriban Xanlarova sərt fikirlər səsləndirib.
Yenisabah.az xəbər verir ki, Əməkdar artist kişinin bu cür hərəkətinə haqq qazandırmayıb və onu tənqid edib:
"Hansısa qadın ərinə xəyanət edir. Ər də bunu böyük qəhrəmanlıqmış kimi çəkib verir. Həmin ərə sual verirəm: Video çəkib sosial şəbəkədə paylaşmaqla elə bilirsən sənə yaxşı kişi deyirlər?
Birincisi, kişinin kişi olduğu yerdə xəyanətdən söhbət gedə bilməz. İkincisi, özünə və ailəsinə hörmət edən kişi arvadının biabırçı videosunu başqaları ilə paylaşmaz. Bunu etməklə sən də onun səviyyəsinə enmiş olursan. Əgər övladın varsa, böyüyəndə bu videonu şillə kimi üzünə vuracaq. Onda nə cavab verəcəksən?"
Qeyd edək ki, ötən gün ərinə xəyanət edən daha bir qadın yad kişi ilə yataqda tutulub.
Sosial şəbəkələrdə yayılan videoda ailəli xanımı yad kişi ilə tutan ərinin qohumları onu oxlovla döyürlər. Evdə olan digər şəxslərdən biri hadisəni videoya çəkir, digəri isə onların evi tərk etməsini tələb edir. Telegram kanalımız