Kişi ondan xəbərsiz telefonla danışan arvadını döydü

saytların hazırlanması

Evə çatdırılma

Kişi ondan xəbərsiz telefonla danışan arvadını döydü

Hadisə

29 Sentyabr 2023 14:15 545


Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Nahid Quliyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. İttihama görə, hadisə 17 avqust 2023-cü il tarixdə, saat 14 radələrində Abşeron rayonu, Qobu qəsəbəsində qeydə alınıb. Belə ki, Nahid Quliyev qeyri-rəsmi ər-arvad münasibətində olduğu zərərçəkmiş Günay Əliyeva (şərti) ilə birlikdə yaşadığı evində qadının ondan xəbərsiz mobil telefondan istifadə etməsini bilib. Bununla bağlı onların arasında mübahisə yarınıb. Daha sonra Günay evin həyətinə çıxıb. O, qadının sol əlinin barmaqlarından əli ilə tutub sıxaraq burub, ardınca isə boğaz nahiyəsindən əli ilə tutaraq sıxıb. Nəticədə Nahid Günayın sağlamlığına qəsdən az ağır zərər vurub. Nahid hazırda zərərçəkmiş şəxslə barışıb, o, məhkəmədə ifadəsində iş üzrə icraata xitam verilməsini xahiş etmişdi. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!