“Kişilər bunu gizlətmir, qadınlar isə...” –   Eyni vəziyyət, fərqli çıxış yolu

saytların hazırlanması

Evə çatdırılma

“Kişilər bunu gizlətmir, qadınlar isə...” – Eyni vəziyyət, fərqli çıxış yolu

Sosial

14 Aprel 2025 17:51 1049


Münasibətlərdə sadiqlik gözlənilsə də, zamanla bəzi hallarda bu qayda pozulur və xəyanət gündəmə gəlir. Xüsusilə kişilərin xəyanəti daha açıq və davamlı xarakter daşıyır. Qadınlar isə bu vəziyyət qarşısında çıxılmaz seçimlər arasında qalır, bağışladıqları üçün sonradan peşmanlıq yaşayırlar.

Maraqlıdır, cəmiyyətdə bu vəziyyətə münasibət niyə qadın və kişi arasında bu qədər fərqli olur?

Psixiatr Azər Bağırov məsələnin vacib detallarını “Yeni Sabah”a açıqlayıb. Bildirib ki, müqayisə etsək, xəyanətlər nisbətdə kişilər tərəfindən daha çoxdur: Marqarita pizza

“Bəzən kişi xəyanət edirsə və bu ortaya çıxdıqdan sonra həmin əməlinə son qoymur. Göz görə-görə yazışmağa, aldatmağa davam edir. Bu isə qadınlar üçün çarəsiz bir halı meydana gətirir. İlk dəfə bağışlayan qadın daha sonra peşman olur və fikirləşir ki, kaş əvvəldən bu münasibəti bitirərdim. Ən çox belə hallar boşanmağa rəvac verir. Xəyanət amili boşanmaq üçün ilkin və daha çox rast gəlinən faktorlardan sayılır”.

Psixiatr qadınlarda sözügedən vəziyyətdəki situasiyanın tamam fərqli olduğunu da qeyd edib:

“Təkcə kişilər yox, qadınlar da xəyanət edirlər. Ancaq kişilər bunu gizlətməkdə daha az çalışırlar. Aşkar şəkildə xəyanət etmək istəyən kişilərə bu məsələdə tənqid olunduqda heç bir peşmanlıq dilə gətirmirlər. Çünki onların bu mövzuda qorxduğu təhlükə hissi yoxdur. Amma qadına yönəlik belə hal baş verəndə onlar xəyanəti peşəkarcasına gizlədir. Çünki ortaya çıxarsa, qadını təkcə yoldaşı yox, bütün ailə tənqid atəşinə tutacaq və təzyiq göstərəcək. Qadın üçün sözügedən vəziyyət daha çətin olur deyə onlar həmin əməli gizlətməyə nail olurlar”.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!