Kişilər və qadınlar bərabər maaş alacaqlar

saytların hazırlanması

Evə çatdırılma

Kişilər və qadınlar bərabər maaş alacaqlar

Dünya

14 Oktyabr 2020 09:12 1370


İspaniya hökuməti əmək haqqında gender bərabərsizliyini qadağan edən fərmanı bəyənib.

Yenisabah.az xəbər verir ki, bu barədə Əmək naziri İolanda Dias çərşənbə axşamı keçirdiyi mətbuat konfransında bildirib.

"Bü gündən daha kişi və qadın müxtəlif əmək haqqı ala bilməzlər", - o, Nazirlər Kabinetinin həftəlik iclasından sonra deyib. pizza hut

Dias əlavə edib ki, şirkətlər artıq cinslər üzrə əmək haqqı qeydlərini aparmalı olacaqlar. Bu qeydlər açıq olmalıdır.

Hələ 2018-ci ildə İspaniya parlamentinin (Baş Korteslər) "Unidos-Podemos" koalisiyasından olan deputatları kişilərin və qadınların maaşlarında ayrıseçkiliyə son qoyan qanun layihəsi hazırlayıblar. Həmin vaxt layihəni praktik olaraq bütün siyasi qüvvələr dəstəkləyib. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!