“Kişinin ağlı olsa, əri ölmüş arvad tapar, 50-100 manat verib...” - Cavanşirdən ədəbsiz sözlər 

saytların hazırlanması

Evə çatdırılma

“Kişinin ağlı olsa, əri ölmüş arvad tapar, 50-100 manat verib...” - Cavanşirdən ədəbsiz sözlər 

Şou

04 Fevral 2024 11:50 1591


"Kişinin ağlı olsa, əri ölmüş arvad tapar. Gedər onun yanına gündə bir-iki saat oturar, sonra qayıdar evinə. Nəvələrinin yanında yatar. Kişiyə baxan qadın lazımdır. Amma eləsini tapım ki, mənə baxsın".

Bu fikirləri müğənni Cavanşir Məmmədov "Elgizlə izlə" televiziya proqramında səsləndirib. O, bildirib:

"Məndən sonra gəlib evimə, üzüyümə şərik olmasın. Övladlarımla ev, maşın davasına çıxmasın. pizza sifarişi

Gedərsən həmin qadının evinə, duranda 50-100 manat da qoyarsan ki, bazarlıq et, yenə gələcəm.

Həyat yoldaşım dünyasını dəyişsə, yenidən evlənmərəm. Övladlarımın yanında ikinci dərəcəli ata olaram. 

43 il anam kişisiz yaşadı. Ona təklif etdim ki, ailə qur. Düşündüm ki, qoy, anam mənə qanmaz gözü ilə baxmasın. Bilsin ki, onun haqqında düşünürəm. Qayıtdı ki, həyatıma qarışma. Bilirdim ki, anam ikinci dəfə ailə qurmaz". (Bizim.Media)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!