Kişmişin içərisində narkotik keçirmək istədi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Kişmişin içərisində narkotik keçirmək istədi - Foto

Kriminal

13 Avqust 2020 12:43 694


Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə İrandan Ukraynaya “Volvo” markalı yük avtomobilində külli miqdarda narkotik vasitələrin gömrük nəzarətindən gizlədilərək aparılacağı barədə əməliyyat məlumatı daxil olub.

Yenisabah.az xəbər verir ki, Astara gömrük postunda saxlanılan nəqliyyat vasitəsinin Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Ukraynada fəaliyyət göstərən şirkətlərdən birinin ünvanına “kişmiş” yükü apardığı müəyyənləşib. 

Ukrayna vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsi saxlanılıb və “Volter” ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə yoxlama həyata keçirilib. Bu zaman xidməti it xüsusi işarə və hərəkətlərlə yük maşının qoşqusunun ətraflarına reaksiya verib. Pepperoni pizza

Baxış zamanı “kişmiş” yükünün içərisində gizlədilən xırda formalarda, ümumi çəkisi 5 kiloqram 200 qram olan qara rəngli, kəskin iyli narkotik vasitə - tiryək aşkar edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!