KİV: ABŞ Yaxın Şərqə minlərlə dəniz piyadası göndərməyi planlaşdırır

saytların hazırlanması

Evə çatdırılma

KİV: ABŞ Yaxın Şərqə minlərlə dəniz piyadası göndərməyi planlaşdırır

Dünya

13 Mart 2026 22:03 467


ABŞ Yaxın Şərqə əlavə dəniz piyadaları bölməsi və hərbi gəmilər göndərəcək.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) üç amerikalı məmura istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, adətən desant qrupu və ekspedisiya bölməsinə bir neçə gəmi və 5 000-ə qədər hərbçi daxil olur. pizza sifarişi

Bildirilir ki, sorğunu ABŞ-nin Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) göndərib və onu Pentaqonun rəhbəri Pit Heqset təsdiqləyib.

Qeyd olunub ki, Yaponiyada yerləşən "USS Tripoli" gəmisi öz dəniz piyadaları ilə birlikdə hazırda Yaxın Şərqə doğru hərəkət edir. Həmçinin əlavə olunub ki, Yaxın Şərqdə artıq ABŞ dəniz piyadaları yerləşdirilib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!