KİV: HƏMAS girovların siyahısını cümə günləri təqdim edəcək

saytların hazırlanması

Evə çatdırılma

KİV: HƏMAS girovların siyahısını cümə günləri təqdim edəcək

Dünya

19 Yanvar 2025 20:20 229


Fələstinin HƏMAS hərəkatı cümə günləri vasitəçilərə Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində radikalların şənbə günləri azad etməyi planlaşdırdığı girovların siyahısını təqdim edəcək.

"Report" xəbər verir ki, bu barədə “N12” telekanalı İsrail mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edək ki, Qəzza zolağında atəşkəsin birinci mərhələsi Bakı vaxtı ilə yanvarın 19-da saat 13:15-də HƏMAS hərəkatının bu gün azad ediləcək girovların adlarını vasitəçilərə vaxtında çatdıra bilməməsi səbəbindən üçsaatlıq gecikmədən sonra başlayıb. HƏMAS anlaşma çərçivəsində buraxılacaq ilk üç girovun adlar siyahısını 18 saat gecikmə ilə təqdim edib. pizza sifarişi

KİV-də yayılan məlumata görə, HƏMAS öz növbəsində İsrailin bu gün razılaşma çərçivəsində azad etməli olduğu 90 məhbusun siyahısını gözləyir. Razılaşmaya əsasən, bir İsrail girovunun azad edilməsi müqabilində 30 fələstinli azad edilməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!