KİV: Qəzza zolağına gecə hücumu zamanı 100-dən çox insan ölüb

saytların hazırlanması

Evə çatdırılma

KİV: Qəzza zolağına gecə hücumu zamanı 100-dən çox insan ölüb

Dünya

18 May 2025 15:40 295


Bazar günü gecəsi İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağına növbəti zərbə endirib, nəticədə azı 103 nəfər ölüb.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, bu barədə “Associated Press” yerli xəstəxanalara istinadən yazıb.

İMQ vəziyyətlə bağlı hələlik şərh verməyib. Toyuqlu pizza

Naser xəstəxanasının məlumatına görə, Xan-Yunis şəhəri və ətrafına edilmiş hava zərbələri nəticəsində 48-dən çox insan ölüb, onlardan 18-i uşaq, 13-ü qadındır. Qəzzanın şimalında Cəbaliya qaçqın düşərgəsinə edilmiş zərbə nəticəsində doqquz nəfər ölüb, Cəbaliyaya edilmiş digər zərbə zamanı isə daha 10 nəfər ölüb. HƏMAS-ın mülki müdafiə qurumunun məlumatına görə, onların arasında yeddi uşaq və bir qadın olub.

Daha əvvəl Qəzza zolağının Səhiyyə Nazirliyi son sutka ərzində daha 153 nəfərin öldüyünü, anklavın xəstəxanalarına 459 yaralının çatdırıldığını bildirib.

Xatırladaq ki, mayın 16-da İMQ HƏMAS-ın nəzarətində olan anklavın strateji rayonlarını ələ keçirmək məqsədilə quru əməliyyatının genişləndirildiyini elan etmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!