KİVDF-nin tərkibi dəyişdirilir

saytların hazırlanması

Evə çatdırılma

KİVDF-nin tərkibi dəyişdirilir

Siyasət

09 Dekabr 2019 08:34 1270


Kütləvi İnfromasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KVDF) Müşahidə Şurasının tərkibi dəyişə bilər. 

Bu barədə Yenisabah.az-a daxil olan məlumatda iddia olunur ki, yaxın günlərdə qurumda əhəmiyyətli dəyişikliklərin olacağı gözlənilir. Artıq bu barədə müzakirələr aparılıb və KİVDF-nin tərkibində dəyişikliklər edilməsi məqsəduyğun sayılıb.

Məlumatda deyilir ki, hakimiyyətin media siyasəytinə cavabdeh olanlar KİVDF-nin hazırkı tərkibinin özünü doğrultmadığı qənaətindədirlər. 

KİVDF yaranadan bu günə qədər mediada bu qurum haqqında vaxtaşırı neqativ materiallar tirajlanıb. Qurumun keçirdiyi müsabiqələrində, qəzetlərə maliyyə ayrılmasında, jurnalistlərə ev verilməsində şəffaflığın gözlənilmədiyi xüsusilə vurğulanıb.  Toyuqlu pizza

Jurnalistlər üçün tikilən ikinci binada mənzil bölgüsündən sonra isə bu qurumdan narazılıq daha da artıb.

Bütün bunlara görə, media siyasətinin tərkib hissəsi olaraq yaxın günlərdə prezident sərəncamı ilə KİVDF-nin Müşahidə Şurasının üzvlərinin dəyişdirilməsi gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!