Kiyev “Dinamo”sunun futbolçusu “Sabah”da - Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

Kiyev “Dinamo”sunun futbolçusu “Sabah”da - Rəsmi

İdman

06 Sentyabr 2023 17:45 566


“Sabah”  daha bir futbolçunun keçidini rəsmiləşdirib. 

Yenisabah.az klubun saytına istinadən xəbər verir ki, yamaykalı vinger Kahim Parris Ukraynanın “Dinamo” (Kiyev) klubundan icarəyə götürülüb. İcarə müqaviləsinin müddəti cari mövsümün sonuna kimidir. Anlaşmaya əsasən, klub mövsümün sonunda 23 yaşlı futbolçunu transfer etmək hüququna malik olacaq. 

Kahim karyerası ərzində Yamaykanın “Kavalier” (2017-2019), Sloveniyanın “Domjale” (2019/2020), “Krka” (2020-2021), “Koper” (2021-2022) klublarında çıxış edib. Futbolçu 2022-ci ildən Ukraynanın “Dinamo” (Kiyev) klubunun üzvüdür. Yamayka millisinin də üzvü olan vinger yığmada 10 matç keçirib.  pizza mizza

Parris “Sabah”da 28 nömrəli formada çıxış edəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!