Kiyev yenidən raket atəşinə tutuldu: 4 nəfər həlak oldu   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Kiyev yenidən raket atəşinə tutuldu: 4 nəfər həlak oldu - Fotolar

Maraqlı

21 Mart 2022 10:14 677


Uraynanın paytaxtı Kiyevin Podolsk rayonunun Rusiya hərbçiləri tərəfindən atəşə tutulması nəticəsində 4 nəfər həlak olub, 1 nəfər yaralanıb.

"Report" UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Kiyev şəhəri üzrə Baş İdarəsi məlumat yayıb.

Yerli vaxtla saat 02:18-də (Bakı vaxtı ilə saat 04:18) yanğınsöndürənlər tərəfindən ümumi sahəsi 1 500 kv.m olan yanğın lokallaşdırılıb. Hazırda yanğının tam söndürülməsi davam edir. Toyuqlu pizza

Dövlət Fövqəladə Hallar Xidməti qeyd edir ki, hadisə yerinə 11 yanğınsöndürmə texnikası və 63 canlı qüvvə cəlb olunub.

"4 nəfər hadisə yerində ölüb, 1 nəfər xəsarət alıb. Məlumat dəqiqləşdirilir", - xilasedicilər bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!