Kiyevdə etiraz aksiyası keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Kiyevdə etiraz aksiyası keçirildi

Dünya

01 Mart 2025 19:47 424


Ukraynanın paytaxtı Kiyevin mərkəzində mitinq keçirilib.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, aksiya iştirakçılarının əksəriyyəti müharibə müddətində itkin və əsir düşən hərbçilərin valideynləri və ailələridir. Onlar beynəlxalq təşkilatlardan və hökumətdən yaxınlarının tapılmasını və ya azad olunmasını tələb və xahiş ediblər. Əsasən Kiyev sakinlərindən ibarət olan aksiyaçılara, bölgələrdən də qatılanlar var.

Polis aksiyaçıları müşayiət edib. İştirakçılar Kiyevin mərkəzi Maydana toplaşıblar. Etirazçılar bildiriblər ki, aksiyaları növbəti günlərdə də davam etdirəcəklər. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!